"Bakı Metropoliteni” QSC-nin nümayəndələri tikintisi bərpa olunan “Dərnəgül” elektrik deposuna yaxın ərazilərdə yaşayan sakinlərlə görüş keçiriblər.
Yol-xeber.az" xəbər verir ki, Sakinlərə depoda görüləcək işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, depo qatarların son dayanacağı olmaqla yanaşı, onların xətlər üzrə paylanmasını təmin edir. Qatarlara texniki qulluq göstərilməsini, eyni zamanda metropolitenin bütün digər texniki xidmət və sahələrinin işini özündə birləşdirir.
Görüşdə deponun baş planı əsasında həyata keçiriləcək ekoloji tədbirlər çərçivəsində 1000-ə yaxın yeni ağacın əkiləcəyi də diqqətə çatdırılıb.
Sonra vətəndaşları maraqlandıran suallar cavablandırılıb, onlarda narahatlıq yarada biləcək məqamlara aydınlıq gətirilib.