![]() |
|
Aprelin 26-da dəfn ediləcək Papa Fransisk üçün elan olunan 9 günlük matəm mərasimi mayın 4-də başa çatacaq.
Bu dövr ərzində hər gün Müqəddəs Pyotr Bazilikasında dua mərasimləri təşkil ediləcək.
Roma Papası Fransiskin vəfatından sonra həyata keçiriləcək tədbirlər katolik kardinalların toplantısında müzakirə olunub və yas dövrünün müddəti bu toplantıda müəyyənləşdirilib.
Yeni papanın seçilməsi üçün keçiriləcək konklavın dəqiq tarixi hələ açıqlanmayıb, lakin bu prosesin papanın ölümündən 15-20 gün sonra başlanması nəzərdə tutulur.
Papa Fransiskin nəşi aprelin 23-də Vatikandakı Müqəddəs Pyotr Bazilikasına gətirilib və ictimai vida mərasimi üç gün davam edəcək.