DYP avtomobili azyaşlılara etibar edən valideynlərə müraciət etdi

Ötən gün saat 23:00 radələrində yetkinlik yaşına çatmayan Şəki rayon sakini atasına məxsus “VAZ” markalı avtomobili avtomagistralda idarə edərkən yüksək sürət və kəskin manevr nəticəsində idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Bu barədə DİN-in BDYPİ-dən məlumat verilib.

Məlumata görə, zərbənin təsirindən “VAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Hər iki sürücü xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

“Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır!”, DYP-dən bildirilib.

24 Aprel 2025 Hökumə Əliyevanı təhqir edən qadın HƏBS EDİLDİ
24 Aprel 2025 Arayik Xocalıda törədilən soyqırım cinayətini etiraf etdi – "Nürnberq prosesi" davam edir
24 Aprel 2025 “Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir - Video
24 Aprel 2025 MN: Toplanışa cəlb edilmiş heyətlə nəzəri və praktiki məşğələlər keçirilib
24 Aprel 2025 Məxfi məlumatları paylaşmayın! - Daha bir xəbərdarlıq
24 Aprel 2025 Bakıdakı ağır qəzada ölənlərin və yaralananların kimliyi bilindi - Video - Yenilənib
24 Aprel 2025 Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb
23 Aprel 2025 Qubada körpünün sütunu əyildi, 30 kəndin yolu çətinləşdi
23 Aprel 2025 Bank kartlarından daha 21 min pul oğurlandı
23 Aprel 2025 Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? - Fotolar
23 Aprel 2025 Lerik dağlarında ƏMƏLİYYAT: iranlıya görə 3 nəfər saxlanıldı
22 Aprel 2025 Vardanyanın məhkəməsində partlayışda xəsarət alanlar ifadə verirlər
22 Aprel 2025 Bakı metrosunda lüzumsuz olaraq “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib- Video
22 Aprel 2025 Şərurlu İsfəndiyar təqsirləndirilən şəxs oldu
22 Aprel 2025 "Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı
22 Aprel 2025 İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alındı
22 Aprel 2025 Hövsanda evdə partlayış olub, ölən və xəsarət alan var - YENİLƏNİB
22 Aprel 2025 Prezidentin İşlər İdarəsinin əməkdaşı vəfat edib
21 Aprel 2025 Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
21 Aprel 2025 Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir

Xəbər lenti