|
Sonuncu amerikan əsgəri Əfqanıstandan çıxan kimi Taliban bu ölkədə yenidən iqtidara qayıdacaq.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Rusiya Talibanla masa arxasına oturdu:
“Bir neçə il bundan əvvəl Qətərdə ABŞ rəsmləri də Taliban hərəkatının loyal qanadı ilə danışıqlar aparmışdı. Əfqanıstanın indiki hakimiyyəti molla Nəcibullanın aqibətini yaşayacaq. Zatən indi də Əfqanıstanın ən azı 30-40%-i talibançıların nəzarətindədir”.
Politoloq vurğulayıb ki, 20 ilə yaxın gedən müharibədə dünyanın bir nömrəli super gücü terrorçu adlandırdığı təşkilata qalib gələ bilmədi:
“Taliban əsasən Əfqanıstanın ən böyük xalqı puştunlardan ibarətdir. Puştunların digər hissəsi də Pakistanda yaşayır. Puştunların böyük əksəriyyəti yenidən Talibanın hakimiyyətə qayıtmasını istəyir. ABŞ Əfqanıstanda əsasən irandilli xəzərlərə güvənir. Talibançılar amerikalılar tərəfindən devirilən kimi xəzərlər puştunlardan intiqam almağa başladılar. Bu da puştunların ciddi müqavimətinə səbəb oldu”.
Politoloq qeyd edib ki, dünya gücünə çevrilməkdə olan qardaş Türkiyə də Taliban hərəkatı ilə rəsmi təmasa keçməlidir.