|
Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən getməsi belə Ukrayna ərazisində sülhün bərpasına zəmanət verə bilməz.
Axar.az xəbər verir ki, bu sözləri ukraynalı jurnalist Roman Çimbalyuk Yutub kanalında paylaşıb. Onun sözlərinə görə, Rusiyada hakimiyyətə yeni rəhbərliyin gəlməsi Ukraynadakı vəziyyəti daha da dərinləşdirə bilər.
O, Rusiyanın istənilən vəziyyətdə əsas hədəfinin Ukraynanın məhv etmək və ya onu özünə tabe etmək olduğunu bildirib:
“Əgər Putin nə vaxtsa vəzifəsini tərk etsə, əminəm ki, Rusiyanın bizə qarşı siyasəti az da olsa, dəyişməyəcək. Moskvanın siyasəti hətta daha sərt ola bilər. Onlar bunu gizlətmirlər və açıq mətnlə deyirlər ki, Ukrayna ya olmamalıdır, ya da Rusiyanın ayağı altında olmalıdır”.