|
“Maşa və Ayı” cizgi filmi Vladimir Putinin təbliğatına xidmət edir.
Kult.az xəbər verir ki, bu barədə İngiltərənin “Tayms” nəşri yazıb.
Nəşr yazıda Finlandiyanın “Helsingin Sanomat” nəşrində dərc olunan müsahibəyə istinad edib. Finland nəşrinə danışan estoniyalı bir professor “Maşa və Ayı"nın rus təbliğat maşınının bir hissəsi olduğunu, insanlarda Rusiyaya qarşı müsbət fikirlər formalaşdırmağa çalışdığını qeyd edib.
Professorun fikrini inkişaf etdirən “Tayms” nəşri Bukinqem Universitetinin professoru Antoni Qlesə məsələni şərh etdirib. İngilis professor cizgi filmində “Putinvari” nələrinsə olduğunu istisna etməyib.