|
ABŞ-ın Alyaska ştatının cənubunda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Alyaskanın iri şəhərlərindən sayılan Ankoricdən 232 km şimal-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı isə 145,6 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.