00:40

Ukrayna Prezidenti Poroşenko Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı Hərbi Komitənin təcili toplanmasına qərar verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Saat 22:00-da (Bakı vaxtı ilə gecə yarısı) Poroşenko olayla bağlı Hərbi Komitəni toplayıb”, - məlumatda bildirilib.

Ukrayna Prezident Administrasiyasından isə bildirilib ki, Poroşenko Rusiyanın bu aqressiyası ilə bağlı Böyük Yeddilik və BMT TŞ-nin üzv ölkələrini məlumatlandırıb.

***

Turçinov Hərbi Komitənin iclasından sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili toplantısının keçirilməsinin qərara alındığını bildirib.

O qeyd edib ki, Rusiya aqressiyası ilə bağlı Ukraynada müharibə rejimi elan edilib-edilməyəcəyi məsələsi müzakirə ediləcək:

"Rusiyanın bu hücumu hərbi aqressiya sayılır. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası hərbi vəziyyətin elan edilib-edilməməsini müzakirə etməlidir".

Turçinov bildirib ki, Şuranın toplantısı gecə yarısı (Bakı vaxtilə 02:00-da) başlayır.

***

Poroşenko UTMŞ-nın toplantısında Hərbi Komitənin müharibə vəziyyəti elan edilməsi ilə bağlı qərarını dəstəkləyib.

Bu barədə Poroşenko uranın toplantısında çıxış edib. Poroşenko Ali Radaya müraciət edilməsini istəyib.

***

Şura Ukraynada 60 gün müddətində hərbi vəziyyət elan edilməsi barədə təklifi dəstəkləyib.

Təklifin qüvvəyə minməsi üçün Ali Rada təsdiqləməlidir.

Qeyd edək ki, bu gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib və Rusiya ərazisinə aparılmaqdadır.

02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST

Xəbər lenti