|
İrana 100% dəstək olduğumuzu onlara göstərəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Putinlə Helsinkidə baş tutan görüşdən sonra “Foks Nyus” telekanalına müsahibəsində deyib.
İranın daxili böhranlarına, ağır iqtisadi durumuna və ölkənin müxtəlif şəhərlərində hakim rejimə qarşı baş qaldıran xalq üsyanlarına toxunan Tramp bildirib ki, Vaşinqtonun sanksiyaları İran millətinə yox, rejimə qarşı yönəlib:
“Bu gün İranın bütün şəhərlərində üsyanlar və etirazlar baş qaldırır. İnflyasiya ölkəyə hakim olub və iqtisadi baxımdan vəziyyət ağırdır. Rejimə qarşı hazırkı etirazlar isə çox genişlənib. Bütün bunlar bizim nüvə sazişindən çıxmağımızdan sonra baş verir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan etməsindən sonra Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib.
Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.