|
Ermənistan Baş naziri Nikol Paşinyanla eks-prezident Levon Ter-Petrosyan arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.
Görüş dünən Nikol Paşinyanın evində baş tutub. Əsas müzakirə mövzusu Qarabağ konflikti və Ermənistanın xarici siyasəti məsələsi olub.
Qeyd edək ki, görüş Petrosyanın təşəbbüsü ilə baş tutub.