|
İsveç Xarici İşlər naziri Marqot Valstrem ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra yaydığı bəyanatı tənqid edib.
Axar.az xəbər verir ki, o, tənqidini İsveçin SVT televiziyasına verdiyi müsahibədə dilə gətirib.
“Amerika tərəfi Rusiyanın Krımı anneksiya etməsi ilə bağlı heç bir bəyanat yaymadı. Belə görüşlər zamanı gərginliyin dərəcəsinin dialoq yolu ilə endirilməsi planlaşdırılır. Təəssüf ki, bu görüşdə heç bir problem aktuallaşdırılmadı”, – deyə o bildirib.