|
Suriyada müxalifətçilər ilə Bəşər Əsəd rejimi arasında aparılan danışıqlarda yeni razılaşma əldə edilib.
Axar.az xəbər verir ki, razılaşmaya əsasən, İdlibin Fua və Keferya mahallarından 6 min 900 nəfərin təxliyəsinə şərait yaradılacaq, eləcə də Əsəd rejiminin həbs etdiyi 1500 mülki və müxalif sərbəst buraxılacaq.
Təxliyənin yaxın vaxtda başlanması gözlənilir.