|
İranın nüvə proqramının inkişafı ölkənin daxili ehtiyacına uyğun reallaşdırılacaq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Atom Enerji Təşkilatının rəsmisi Bəhruz Kəmalvənd çıxış edib.
"Əgər nüvə müqaviləsi pozularsa, İranın nüvə fəaliyyətləri sürətlə artırılacaq və uranın zənginləşdirilməsi prosesində heç bir məhdudiyyət tətbiq edilməyəcək. Bütün variantlar masa üzərindədir", - Kamalvənd qeyd edib.