|
ABŞ Dövlət katibi Mayk Pompeo təcili hesabat vermək üçün Konqresə çağırılıb.
Axar.az xəbər verir ki, bu jurnalistlərə açıqlamasında ABŞ Senatının Beynəlxalq Məsələlər Komitəsinin sədri Bob Korker deyib. O, dinləmələrin gələn həftə keçiriləcəyini bildirib.
Qeyd edək ki, Tramp-Putin görüşü ABŞ Konqresi tərəfindən kəskin tənqidə məruz qalıb. Konqres Trampın bu görüşdə ABŞ-ın maraqlarını tapdaladığını iddia etsə də Ağ Ev bu iddiaların hamısını rədd edib.