|
Gürcüstanın 10 müxalifət partiyası rəsmi şəkildə sabiq xarici işlər naziri Georgi Vaşadzeni prezidentliyə namizəd kimi irəli sürüb.
Axar.az xəbər verir ki, bu barədə Vaşadzenin özü Kutaisidə mərasimlərdən birində çıxışı zamanı deyib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.