|
Pentaqon rəhbəri Ceyms Mettis Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparmağa hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” ABŞ-dan olan iki vəzifəli şəxsə istinadən informasiya yayıb.
Moskvadan quruma danışıqlar barədə hər hansı bir rəsmi sorğunun daxil olmadığını vurğulayan Pentaqon rəsmiləri məsələyə münasibət bildirməyiblər.
Qeyd edək ki, sözügedən görüş baş tutacağı halda tərəflər arasında son üç ildə bu səviyyədə keçiriləcək ilk görüş olacaq.