|
ABŞ-da hakimiyyətdə olanlar bütün demokratik institutları və normaları yox etmək istəyirlər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın eks-prezidenti Barak Obama deyib. Onun sözlərinə görə, ölkənin hazırkı siyasi kursu qorxu, narazılıq siyasətinə bənzəyir.
Qeyd edək ki, Obama bundan öncə də dəfələrlə Donald Trampı yürütdüyü xarici və daxili siyasi kursa görə tənqid edib. Maraqlı məqam odur ki, o heç vaxt tənqidlərində Trampın adını səsləndirməyib.