2018-ci ildə dünyada öldürülən jurnalistlərin sayı 80 nəfər olub.

Axar.az xəbər verir ki, bu məlumat Sərhədsiz Reрortyorlar Birliyinin hesabatında yer alıb. Hesabata əsasən, cari ildə qeydə alınan göstərici keçən ildəkindən 15 nəfər çox olub.

Jurnalistlərin 61%-i, yəni 49 nəfəri bilərəkdən və ya sifarişlə öldürülüb. 39% jurnalist (31 nəfər) isə öz peşə fəaliyyəti zamanı, reportaj hazırlayarkən qətlə yetirilib.

Öldürülən jurnalistlərin 96%-ni, yəni 77 nəfərini kişilər təşkil edib.

Təşkilat ən qalmaqallı ölüm halı kimi səudiyyəli jurnalist Camal Qaşıqçı və fevral ayında sifarişlə qətlə yetirilən slovakiyalı jurnalist Yan Kuçiyak insidetlərini göstərib. Bundan başqa hesabatda Azərbaycan əsilli Rusiya jurnalisti Orxan Camal, onun həmkarları Aleksandr Rastorquyev, Kiril Radçenkonun da öldürülməsi məsələsinə diqqət yetirilib.

Bu ilki hesabatda ən çox jurnalistin Əfqanıstanda (15 nəfər) öldürüldüyü bildirilib. Ondan sonrakı yerdə Suriya (11 nəfər) və Meksika (9 nəfər) yer alıb. Siyahıya həmçinin Yəmən (8), Hindistan (6) , ABŞ-ın da (6) adı daxil edilib. ABŞ-ın adının daxil edilməsinə səbəb cari ilin iyununda ABŞ-ın “Capital Gazette” qəzetinin redaksiyasına hücum və beş jurnalistin öldürülməsi olub.

Təşkilat bu il 348 KİV nümayəndəsinin öz peşə vəzifəsini yerinə yetirən zaman həbs edildiyini bildirib. Bu göstəricidə də artım müşahidə edilib. Belə ki, keçən il bu göstərici 326 nəfər təşkil edib.

Həbsdə olan jurnalistlərin böyük hissəsi 5 ölkənin - Çin, Misir (38), Türkiyə (33), İran (28) və Səudiyyə Ərəbistanının (28) payına düşür. Çində həbsdə olan jurnalistlərin sayı 60 nəfər təşkil edib ki, onların da dörddə üçü qeyri-peşəkar jurnalistdir.

Həbs edilən jurnalistlərin 179 nəfərini peşəkar, 150 nəfərini qeyri-peşəkar jurnalistlər təşkil edib. 19 nəfər isə mediaya bağlı digər işçilər olublar. Qeyri-peşəkar jurnalistlərin həbsində cari ildə 40% artım qeydə alınıb.

2018-ci ildə əsir saxlanılan jurnalistlərin sayı 10% artaraq 60 nəfər təşkil edib. Keçən il bu göstərici 54 nəfər olub. Əsir jurnalistlərin 59-u Suriya, İraq və Yəmən ərazilərində gizlədilir. 1 jurnalist isə qondarma Donetsk respublikasının əsirliyindədir və casusluqda ittiham olunur. Əsir götürülən jurnalistlərdən 6-sı əcnəbidir.

Bu il həmçinin 3 jurnalist itkin düşüb. Bu faktlardan ikisi Latın Amerikasında, biri isə Rusiyada qeydə alınıb.

26 Noyabr 2024 Tramp bu sosial şəbəkəni nəzarətinə götürür
26 Noyabr 2024 Qərb Gürcüstanı niyə “geopoltik müstəmləkə”yə çevirmək istəyir: Tiflis Türk İttifaqına sığınmağa məcbur qalıb
25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"

Xəbər lenti