|
Belarus Ukraynanın keçmiş müdafiə naziri Mixail Yejelə siyasi sığınacaq verib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. Yejelin ailəsi ilə birgə ötən ilin mayından Minskdə yaşadığı bildirilib.
Qeyd edək ki, Ukrayna Hərbi Prokurorluğu 2016-cı ildə Yejelə qarşı cinayət işi qaldırıb. O, iki özəl müəssisəyə iki ədəd Tu-95MC strateji bombardmançısını qeyri-qanuni yolla satmaqda ittiham olunub.