|
Ölkəmizin düşmənlərinin təcavüzünə məruz qalacağımız halda onların ürəkləri elə öz torpaqlarında yerlərindən çıxarılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
Maduro ölkəsinin sülh istədiyini, lakin düşmənin hücumu ilə qarşılaşacağı halda cavab verməyə məcbur olduğunu bildirib.
O, həmçinin Kolumbiya Prezidenti İvan Dukenin şəxsən Venesuelaya qarşı düşmən xarakterli aksiyalar hazırlanmasında məsuliyyət daşıdığını da qeyd edib.