|
Ukrayna Prezidenti Pyotr Poroşenko 31 yaşına qədər ana dilində danışmadığını etiraf edib.
Axar.az xəbər verir ki, bu barədə ölkə başçısı Dneprdə tələbələrlə görüşü zamanı danışıb.
Prezident rus dilindən Ukrayna dilinə keçmək istəyənlər üçün özünün parlaq nümunə olduğunu bildirib.
“Kimdəsə hər hansı bir illüziya olmaması üçün demək istəyirəm ki, 1997-ci ilə qədər Ukrayna dilində danışmamışam. Mən Odessa əyalətində dünyaya gəlmişəm. Nənəmgilin kəndində rus və Ukrayna dillərinin qarışığı olan dildən istifadə olunurdu, mən isə yalnız rus dilində öyrənirdim”, - Poroşenko bildirib.