|
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ölkə başçısının jurnalistlərlə ünsiyyətə necə hazırlaşmasından danışıb.
Axar.az xəbər verir ki, bu barədə Peskov NTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, böyük mətbuat konfransına hazırlıqlar gecə gec saatlara təxirə salınır. Buna səbəb isə Putinin daha erkən saatlarda təxirəsalınmaz iclaslarının olmasıdır.
“Heç nəyə baxmayaraq, tədbirlər keçirilir. Müdafiə Nazirliyinin kollegiya iclası və hansısa digər təxirəsalınmaz iclaslar var ki, onlar vaxtında keçirilir. Fasilələrdə və gecə gec saatlarda prezident nazirlər, qurum rəhbərləri, Prezident Administrasiyasının mütəxəssislərinin hazırladığı böyük həcmdə məlumatlarla mütləq şəkildə tanış olur”, - Peskov bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı 20 dekabr 2018-ci ildə keçiriləcək.