|
ABŞ hökuməti uran idxalının ölkənin təhlükəsizliyinə təhdid yaradıb-yaratmaması ilə bağlı araşdırma aparmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Blumberq” agentliyi yayıb. Agentlik araşdırmalardan sonra Vaşinqtonun bu istiqamətdə yeni rüsumlar tətbiq edəcəyini bildirib:
“ABŞ ilk növbədə uranı Rusiya, Qazaxıstan və Kanadadan idxal edir. ABŞ-ın özünün şirkətləri isə daxili bazarın tələbatının 5%-ni qarşılayırlar”.