|
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, Çavuşoğlu və Pompeo ABŞ ordusunun Suriya ərazisindən çıxarılması məsələsini müzakirə ediblər. Telefon danışığı Trampın sözügedən qərarı açıqlamasından bir qədər sonra baş tutub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı amerikalı hərbçilərin çıxarılmasını əmr edib.