|
ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq qərarı bir sıra amillər, o cümlədən Türkiyə və daxili-siyasi məsələlərlə bağlıdır.
Axar.az xəbər verir ki, bu barədə Suriyanın Çindəki səfiri İmad Mustafa danışıb.
“Bu, bir çox amilin rol oynadığı çox qəliz vəziyyətdir. Bir tərəfdən də həqiqətən ABŞ-ın Türkiyəni Rusiyadan ayırıb öz təsir dairəsinə qaytarmaq cəhdlərinin olduğunu söyləmək olar”, - diplomat bildirib.
Səfirin sözlərinə görə, Tramp bu addımı atmaqla həm də diqqəti daxili-siyasi problemlərdən yayındırmağa çalışır.
“Trampın addımı Suriyanın milli maraqları ilə üst-üstə düşür. İstənilən suriyalı ABŞ əsgərlərinin ölkəni tərk etməsini görməkdən xoşbəxt olacaq”, - səfir qeyd edib.