|
Mənim aşpazlarımın hamısı hərbçilərdir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin bugünkü mətbuat konfransında “Novaya qazeta”nın jurnalistinin Orxan Camal və daha iki jurnalistin Mərkəzi Afrika Respublikasında öldürülməsini xatırladaraq, “Vaqner özəl hərbi şirkətinin rəhbəri Priqojin sizi aşpazınızdırmı?” sualına cavab olaraq deyib.
Putin Orxan Camal və həmkarlarının qətlini yerli qruplardan birinin həyata keçirdiyini və onların MAR-a jurnalist yox, turist kimi getdiyini bildirib.
Putin jurnalistlərin ölümünü faciə adlandırıb və bu cinayətin araşdırılmasını diplomatik kanallar vasitəsilə nəzarətdə saxladığını vurğulayıb.
Qeyd edək ki, Orxan Camal və digər iki rusiyalı jurnalist iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar MAR-a Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında xüsusi reportaj üçün getmişdilər.