|
ABŞ-ın Suriyadan geri çəkilmə qərarı Qərbi Asiya ölkələrinin qələbəsidir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək bildirib.
"ABŞ-ın dünyanın yeganə ağası olmaq iddiası Qərbi Asiya torpaqlarına gömülüb. Türkiyə, Suriya, İraq, İran, Yəmən və Rusiyanın ABŞ-ın imperializminə qarşı silahlı mübarizəsi və vahid cəbhədə birləşməsi bu tarixi uğuru gətirmişdir. Bütün dünyada vurğulandığı kimi, Türkiyənin Fəratın şərqinə daxilolma qərarı ABŞ-ı dizə gətirib", - Perinçək qeyd edib.