|
Fransada yaranan bu etiraz aksiyası artıq gəlib Portuqaliyaya çatıb. Qırx mindən çox adam Lissabon ətrafındakı avtomobil yolu boyunca təşkil edilən aksiyaya qoşulmaq niyyətində olduğunu bildirib.
Axar.az xəbər verir ki, Fransadakı “sarı jiletlər” aksiyasını məşhurlaşdıran iğtişaş və talanlara yol verməmək üçün aksiya yerinə 20 min polis cəlb olunacaq. Aksiya təşkilatçıları bildiriblər ki, Feysbuk sosial şəbəkəsində xüsusi səhifə açılandan sonra 14 mindən çox adam hökumət əleyhinə aksiyaya qoşulmaq qərarına gəlib. Polisin tələbinə görə, həmin səhifə artıq bağlanıb. Lakin insanlar bir-birinə məlumat ötürməyə davam edir və etiraz hərəkatına qoşulmağa çağırırlar.