|
İŞİD-lə əlaqəsi olan və həbs cəzası alan şəxslər qısa müddətdən sonra azad olunacaq və bu vəziyyət ikinci İŞİD dalğasının başlanmasına səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İnterpol Baş katibi Yürqen Stok çıxış edib.
Stok bir neçə il ərzində azadlığa çıxacaq şəxslərin Cənub-Şərqi Asiya və Afrika ölkələrinə gedəcəklərini, bir qisminin də Avropada qalaraq terror aksiyaları təşkil edəcəklərini deyib.