|
BMT-nin miqrasiya sahəsində qlobal miqyasda reallaşdırmağı hədəflədiyi proses Macarıstanın təhlükəsizlik maraqlarına ziddir.
Axar.az xəbər verir ki, bunu Macarıstan Xarici İşlər və Xarici Ticarət naziri Piter Siyarto bildirib.
"Bizim üçün ən vacib məsələ Macarıstan və macarların təhlükəsizliyidir. Bu proqram ölkənin təhlükəsizlik maraqlarına ziddir. BMT-nin qlobal köç planı Avropanın təhlükəsizliyinə zərbədir", - Siyarto söyləyib.
Qeyd edək ki, BMT üzvü olan ölkələrin əksəriyyəti ötən həftə köç planı ilə bağlı razılaşma əldə edib. 34 səhifədən ibarət köç planı miqrasiya sahəsində əldə edilən ilk beynəlxalq sazişdir.