|
Əgər ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxdıqdan sonra öz raketlərini Avropa Birliyi ərazisində yerləşdirsə, o zaman Rusiya ABŞ-ın Avropadakı raket sistemlərini hədəfə almaq məcburiyyətində qalacaq.
Axar.az xəbər verir ki, bunu “Birinci kanal”da yayımlanan “Böyük oyun” verilişində çıxışı zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ raketlərinin Avropada yerləşdirilməsi və onun potensial hədəfinin Rusiya olması ona gətirib çıxaracaq ki, Rusiya onları öz raket arsenalı vasitəsilə əsas hədəfinə götürmüş olacaq. Bu zaman keçmişdə yaşamağa məcbur olduğumuz situasiya yenidən təkrarlanacaq”, – deyə o bildirib.