|
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazırdır, amma planlaşdırılmış bir tarix yoxdur.
Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Hoqan Hidli deyib.
“Hazırda konkret olaraq biz heç nə planlaşdırmırıq, amma prezident görüşə açıqdır”, - Hidli bildirib.
Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Ərdoğanın telefon danışığı zamanı Trampı Türkiyəyə dəvət etdiyini bildirmişdi. Tramp da bu dəvətə müsbət yanaşaraq 2019-cu ildə mütləq Türkiyəyə səfər edəcəyini açıqlamışdı.