|
Rusiya ilə Belarus arasında münasibətlər başqa heç kimdə olmayan qədər yaxındır. Mövcud problemləri həll etmək olar. Ən yaxşısı isə köhnə problemləri yeni ilə daşımamaq üçün onları elə indi həll etməkdir.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
“Siz indicə dediniz ki, biz razılaşa bilərik. Mən demək istəyirəm ki, biz həqiqətən razılığa gələ bilərik. Çünki bizimlə burada olan komandalar artıq danışıqları bir neçə mərhələdə aparıblar. Onlar problemləri bilirlər. Elə biz də bu gün həll edilməsi nəzərdə tutulan problemlərə diqqət ayırmışıq. Bu problemlərin həll edilməsini və yeni ilə saxlanılmamasını istərdik. Çünki problemlərin növbəti ilə keçməsi yaxşı hal deyil”, - Lukaşenko bildirib.