|
Bu qərarda hər hansı məntiq yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri NATO-nun keçmiş komandanlarından sayılan Vesli Klark ABŞ Prezidenti Donald Trampın qoşunların Suriyadan çıxarılması qərarını şərh edərkən deyib.
“Bu qərarda strateji məntiq olmadığından müxtəlif suallar ortaya çıxır. Bütün dünyada bu suallar verilir və Yaxın Şərqdəki bəzi dostlarımız, müttəfiqlərimiz bunu deyir: Ərdoğan ABŞ prezidentini şantaj edib? Rüşvət verilməsi, bədəl ödənməsi kimi məsələlər gündəmdir? Bütün tövsiyyələr əks istiqamətdə olduğu zaman bir insan niyə belə qərar versin?”, - deyə Klark bildirib.