|
Liviyanın keçmiş lideri Müəmmar Qəzzafinin oğlu Seyf əl İslam Qəzzafinin məktubunun Rusiya lideri Vladimir Putinə çatıb-çatmaması ilə bağlı məlumatım yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Qeyd edək ki, Seyf əl İslam Qəzzafinin bundan öncə Putinə xüsusi məktub göndərdiyi haqqında məlumat yayılıb. Məktubda Qəzzafi Moskvadan seçkidə ona dəstək verməsini istəyib.