|
Ataları vəfat edən 2 polis əməkdaşı əsəblərini cilovlaya bilməyərək Ankara Qazi Universitetinin Tibb fakültəsi xəstəxanasında həkimləri və xəstələri girov götürüb.
Axar.az xəbər verir ki, polislər binadakı şəxsləri silahla təhdid edərək onlardan heç birinin binanı tərk etməsinə icazə verməyib.
Xəstəxananın səlahiyyətli nümayəndələrinin hüquq-mühafizə orqanlarına xəbər verməsindən sonra sözügedən polislər təkidlə razı salınaraq binadan çıxarılıb.
İnsident zamanı heç kimin xəsarət almadığı deyilib.