|
Cari ilin avqust-noyabr aylarında 411 Gürcüstan vətəndaşı Avropa ölkələrindən deportasiya olunub.
Azərtac xəbər verir ki, Gürcüstan vətəndaşları ən çox Almaniyadan (152 nəfər) çıxarılıblar. Gürcüləri deportasiya edən ölkələr sırasında ikinci yerdə Avstriya (74 nəfər), üçüncü yerdə isə Fransa dayanır (70 nəfər).
Hesabat dövründə Avropa ölkələri 603 nəfər Gürcüstan vətəndaşına viza verməkdən imtina edib. Bu ölkələr sırasında İtaliya (158 nəfər) birinci, Almaniya ikinci (69 nəfər), Kipr Respublikası isə üçüncü yerdədir (69 nəfər).