|
ABŞ-ın Portlənd şəhərində yeniyetmə qızı avtomobillə vurub öldürən 21 yaşlı Əbdülrəhman Nura adlı səudiyyəli gənc xüsusi qırıcı ilə ölkəsinə qaçırılıb.
Axar.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb. Bildirilib ki, 2016-cı ildə baş verən hadisədən dolayı Nura həbs edilib. Lakin Səudiyyə konsulluğunun təklif etdiyi 100 min dollar qarşılığında gəncə şərti azadlıq verilib.
Daha sonra isə Nuranın elə konsulluq tərəfindən təşkil edilən xüsusi qırıcı və saxta pasportla ölkəsinə qaçırıldığı məlum olub.
Onun hansı şəraitdə qaçırıldı məlum deyil.
ABŞ rəsmiləri həmin səudiyyəlinin geri qaytarılması üçün hər şeyi edəcəklərini açıqlayıb.