|
Türkiyə Silahlı Qüvvələr qərargahlarının birinə edilən kiber-hücumun qarşısı alınıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
"Hazırladığımız "Ahtapot" proqramı bir qüvvə komandanlığı qərargahına kiber-hücum cəhdini uğurla əngəlləndi", - Ərdoğan qeyd edib.