|
Rusiya və Pakistanın Əfqanıstanda ən qısa vaxtda siyasi həll prosesinin başlanılması və lazım olan şərtlərin yaradılması barədə ortaq maraqları var.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşündə bildirib.
Əfqanıstan məsələsi ilə bağlı yaradılan Moskva Formatının uğurlu olduğuna diqqət çəkən Lavrov hər iki ölkə ilə əməkdaşlıqdan məmnun olduqlarını deyib:
"Kiməsə bir şey təlqin etməyə çalışmırıq, amma Rusiya, Pakistan və Moskva formatının digər iştirakçıları Əfqanıstan tərəfinin rahat olacağı kifayət qədər təsirli bir çərçivə tapıblar".