|
Heyəti Təhriri-Şam (Keçmiş Nüsrə Cəbhəsi) girov saxladığı İŞİD-çiləri Türkiyəyə təhvil verməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Livanın “Mayadin” telekanalı məlumat yayıb.
Bildirilib ki, həmin girovlar beynəlxalq axtarışda olanlar siyahısındadır.
Qeyd edək ki, Heyəti-Təhriri-Şam İdlibdə İŞİD-lə qarşıdurmada bir çox terrorçunu öldürüb, bir qismini isə girov götürüb.