|
00:21
ABŞ Prezidenti Donald Tramp və xanımı gözlənilmədən İraqa sürpriz şəkildə səfər edib.
Axar.az xəbər verir ki, Tramp səfər çərçivəsində İraqdakı ABŞ əsgərləri ilə görüşüb.
Jurnalistlərin suallarını cavablandıran Tramp İraqdan geri çəkilmək planının olmadığını, buradan İŞİD-ə qarşı baza olaraq istifadə ediləcəyini deyib.
Tramp Suriyadan geri çəkilmə məsələsində bir çox insanın onun kimi düşünməyə başlayacağını qeyd edib.