|
Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərini araşdırılması üçün ABŞ-a verəcəyinə dair iddialara rəsmi Ankaradan münasibət bildirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi informasiya yayıb.
“Nazirimiz Türkiyənin ABŞ-a S-400 zenit raket komplekslərini yoxlamaq fürsəti verməsi barədə danışıqlar aparılmaması haqqında rus diplomatik təmsilçisinə zəmanət verib”, - XİN-dən bildirilib.