|
Moskvada Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan paylaşıb.
Qeyd edək ki, bu gün Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib.