|
İndoneziyanın Qərbi Papua əyalətində 6.1 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim və Geofizika qurumundan informasiya yayılıb.
Episentri yerin 26 kilometr dərinliyində qeydə alınan zəlzələ zamanı dağıntı və insan itkisi barədə məlumat verilməyib.
Qeyd edək ki, bir qədər əvvəl İndoneziyada baş verən sunami nəticəsində 426 nəfər həlak olmuşdu.