|
Camal Qaşıqçı cinayətinin bədəli nə olursa olsun, həqiqəti ortaya çıxarmalıyıq.
Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Cüzeppe Konte bildirib.
"Avropadakı digər tərəfdaşlarımız və İtaliya hökuməti adından Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmandan Qaşıqçı cinayətində həqiqətin ortaya çıxarılması üçün yerli orqanlar tərəfindən beynəlxalq standartlara uyğun tam bir mühakimə aparılmasını istədim", - Konte söyləyib.