|
Noyabrın 2-də Hindistanın Çxattisqarx ştatının Bilaspur bölgəsinin kəndlərinin birində üç qolu olan qız uşağı dünyaya gəlib. Sakinlər ona ibadət etməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, uşağın üçüncü qolu sağ qolunun aşağısında, sinəsində yerləşir və bu əlin ölçüsü digərlərinə nisbətən kiçikdir.
Anası Radxika Saxunun təkidi ilə tibbi məntəqədə yoxlanışdan keçdikdən sonra həkimlər nadir anomaliya ilə doğulan körpənin tamamilə sağlam olduğunu qeyd ediblər. Lakin Çxattisqarx elmi-tibbi institutunun rəhbəri, həkim B.P.Sinqx uşağın normal həyat sürməsi üçün üçüncü qolun amputasiya edilməsini valideynlərə məsləhət görüb.
Qeyri-adi hadisə haqqında xəbər bütün kəndə yayılıb və yerli sakinlər uşağı Tanrı elan edərək ona sitayiş etməyə başlayıblar.
Hindistanda əlavə ətraflar ilə doğulmuş körpələr Hindu tanrılarının reinkarnasiyası sayılırlar.