2009-cu ilin iyulun 5-də Şərqi Türküstanda çinli hərbçilər tərəfindən yüzlərlə uyğur türkü qətlə yetirilmişdi. Urumçi şəhərində baş verən qətliam vaxtı itkin düşən çoxlu sayda uyğurdan hələ də xəbər yoxdur.

 

Teleqraf.com xəbər verir ki, qanlı hadisələrə Çinin Şaqun şəhərində fəaliyyət göstərən oyuncaq fabrikində bir fəhlə uyğurun öldürülməsi səbəb olmuşdu.

Uyğurun çinlilər tərəfindən döyülərək qətlə yetirilməsindən sonra Şərqi Türküstanda etiraz aksiyaları başladı. Sakit məcrada keçən aksiyaya çinlilərin müdaxilə etməsi etirazı daha da alovlandırdı.

Hadisələrin xaosa sürüklənməsinə qarşı tədbir görməyən Çinin hüquq mühafizə orqanlarının əməkdaşlarının çinlilərə verdiyi dəstək gərginliyi çərçivədən çıxardı. Çin polisi və hərbçiləri sanki insan ovuna çıxmışdılar. Silahlı müdaxilə nəticəsində yüzlərlə uyğur öldürüldü, sürgün edildi və bu gün də bir çox insandan xəbər yoxdur.

Çin Konstitusiyası ilə verilmiş bütün haqlardan məhrum edilmiş Şərqi Türküstan uyğurları bu gün də ağır təzyiq altında yaşamaq məcburiyyətində qalıb.

Kommunist rejim Çinin ən radikal millətçi kəsimi sayılan Xan çinliləri 1990-cı ildən bu yana uyğurların assimiliyasiya edilməsi məqsədilə Türküstanda yerləşdirir. Bölgənin Urumçi və Qaramay kimi sənaye şəhərləri çinlilərin əlindədir. Uyğurlar isə Şərqi Türküstanın cənub bölgələrində yerləşən Qaşqar və Xoten kimi şəhərlərdə təzyiq və ən ağır şərtlər altında yoxsulluq həddində yaşayırlar.

Beynəlxalq ictimaiyyətin və Birləşmiş Millətlər Təşkilatının (BMT) diqqətindən kənarda qalan Şərqi Türküstan Çinin kommunist rejiminin ən böyük işgəncə mərkəzidir. Uyğurları bütün konstitusion haqlardan məhrum edən rejim məscidləri bağlayıb.

Uyğurların 70%-i rejim tərəfindən səhra və yarım-səhra – kənd təsərrüfatı üçün yararlı olmayan bölgələrə köçürülüb

Bu və digər məsələrə görə rejimə etiraz edən uyğur professor İlham Toxti ömürlük həbs cəzasına məhkum edilib. Şərqi Türküstandan beynəlxalq təşkilatlar üçün hesabat hazırlayan fransız jurnalist Ursula Qatiyer isə Çindən deportasiya edilib. Belə desək, kommunist rejim bütün dünyanın qapılarını uyğurların üzünə bağlayıb.

Urumçidəki qətliamdan sonra – 2016-cı ildə bölgədəki gərginlik tamam fərqli məcraya yönəldi. Rejim gərginliyin qarşısını almaq üçün uyğurlara qarşı aqressiv qərarları ilə ad çıxarmış Çen Qunqonu bölgəyə qubernator təyin etdi. Qunqonun bura gəlişi, Şərqi Türküstanı böyük həbsxanasına çevirdi. Bu gün də onun rəhbərlik etdiyi bölgədə ürəkbulandıran aclıq havası hökm sürür.

03 Dekabr 2024 Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
03 Dekabr 2024 Zelenskidən Moskvaya üçhərfli mesaj - Kremlin reaksiyası
03 Dekabr 2024 Marin Le Pen 48 saat ərzində Fransa hökumətini devirə bilər
03 Dekabr 2024 Türkiyə Yaxın Şərqi yenidən dizayn edir: ABŞ, Rusiya və İran Suriyadan çıxarılır
02 Dekabr 2024 Zelenskidən etiraf: Ukrayna hərbi yolla torpaqlarını geri almaq gücündə deyil
02 Dekabr 2024 Qonşu şamına ümid olan şamlı lider - Bəşər Əsəd yaman yerdə axşamlayıb
02 Dekabr 2024 İlon Mask: Baydenin oğlunu əfv etməsi ABŞ-ın bütövlüyünə təhdid yaradır
02 Dekabr 2024 Tiflisdə etirazlardan sonra 224 nəfər həbs edildi – Gürcüstan DİN
02 Dekabr 2024 Gürcüstanın Baş naziri: Əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planı var
02 Dekabr 2024 Ağ Evdən Suriya açıqlaması: Qüvvələr münasibəti dəyişir
02 Dekabr 2024 Bayden Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar verə bilər - Zelenski
02 Dekabr 2024 İsraildən şok etiraf: Əsədi qorumalıyıq, onun süqutu...
02 Dekabr 2024 Hələb qalasına Türk bayrağı asıldı
02 Dekabr 2024 Qərb Rusiya pullarını gələn aydan Ukraynaya verəcək
02 Dekabr 2024 “Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər
02 Dekabr 2024 Üçüncü Dünya Müharibəsi "qoca qitə"də baş verəcək: Avropa ölkələri tezliklə bir-birinə qarşı savaş açacaq
02 Dekabr 2024 Ərdoğan yenidən prezident olacaq? - Rəsmi açıqlama
30 Noyabr 2024 Gürcüstan QARIŞDI: Ordu və səfirlər də xalqa QOŞULDU...
30 Noyabr 2024 Hakan Fidandan Suriya açıqlaması: Buna icazə verməyəcəyik
30 Noyabr 2024 Rusiyadakı Azərbaycanlıların nəzərinə! - Bundan sonra xüsusi vəsiqələr...

Xəbər lenti