|
Trampın avtomobil və ehtiyat hissələrinə tətbiq etdiyi rüsumları 25% artırması ABŞ-ın nəqliyyat vasitələrinin dəyərini il ərzində 83 milyard dollar artıracaq.
Axar.az xəbər verir ki, bu barədə məlumat Avtomobil İstehsalçıları Alyansının ABŞ Ticarət Nazirliyinə müraciətində yer alıb. Alyans yüksək rüsumların ABŞ ailələri və işçilərinə zərbə vuracağını və idxal edilən hər bir avtomobilin dəyərini 6000 min dollar, ABŞ-da istehsal edilən hər bir avtomobilin qiymətini isə 2000 min dollar artıracağını bildirib.
Qeyd edək ki, Avtomobil İstehsalçıları Alyansına “General Motors”, “Volksvagen”, “Toyota Motors” və digər şirkətlər daxildir.
ABŞ bundan öncə avtomobil və ehtiyat hissələrinin idxalına 25% rüsum tətbiq edəcəyini açıqlayıb. Vaşinqtonun bununla bağlı yekun qərarı bir neçə ay ərzində verəcəyi bildirilib.