|
Monteneqro NATO-nu Üçüncü Dünya müharibəsinə cəlb edə bilər.
Axar.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
O, müsahibəsi zamanı Monteneqronu aqressivlikdə ittiham edib:
“ABŞ Monteneqronu qorumamalıdır. Ona görə ki, bu ölkə ödəniş belə etmir və belə olan halda bizim onu qorumağımız ədalətsizlik olardı. Amma buna baxmayaraq, alyansın nizamnaməsinə əsasən, hərbi konflikt zamanı Monteneqronu qoruyacağıq”.